PR

Mobil operator “Samsung S6 Edge” kampaniyasına başladı
24 MAY
284

Mobil operator “Samsung S6 Edge” kampaniyasına başladı

2016-05-24 12:53:00

Ölkənin lider mobil operatoru Azercell Telekom Fakturalı Xətt abunəçiləri üçün çox sərfəli “Samsung S6 Edge“ kampaniyasına başlayır. Şirkətdən fins.az-a verilən məlumata görə, kampaniya çərçivəsində bütün mövcud, və Azercell şəbəkəsinə MND ilə keçən fakturalı xətt abunəçiləri Ekspres Ofislərinə müraciət edərək güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet”  tariflərinə qoşulub “Samsung S6 Edge“ telefonunu əldə edə bilər. Telefonu əldə etdikdən sonra abunəçi 12/18 faktura dövrü ərzində aşağıdakı cədvələ uyğun olaraq aylıq abunə haqqı ödəməli olacaq:

Tarif paketinin adı

“Samsunq S6 Edge” markalı cihaz  ilə bağlı 12 Faktura dövrü ərzində ödənilən paketin və  cihazın cəmi haqqı (ƏDV daxil)

“Samsunq S6 Edge” markalı cihaz   ilə bağlı 18 Faktura dövrü ərzində ödənilən paketin və  cihazın cəmi haqqı (ƏDV daxil)

Hədsiz

139 AZN

109 AZN

Hədsiz Zəng

119 AZN

89 AZN

Hədsiz İnternet

109 AZN

79 AZN

kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz”, “Hədsiz Zəng” və  “Hədsiz İnternet”  tarif paketləri növbəti gündən aktivləşdirilir. “Hədsiz Zəng” tarif  paketinə qoşulan abunəçilərə 2 faktura dövrü ərzində 1GB aylıq internet paketi sifariş edildikdə 2 dəfə pulsuz yararlanma imkanı təqdim olunur.  Abunəçi kampaniyaya yalnız öz nömrəsi ilə qoşula bilər.  Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Abunəçilər kampaniyadan yararlanmaq üçün istənilən Azercell Ekspres və ya Müştəri Xidmətləri ofislərinə müraciət edə bilər. 
Azercell bundan sonra da öz abunəçilərinə sərfəli şərtlərlə müxtəlif yeni kampaniya təklif etməkdə davam edəcək.  

Azercell Telekom MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275