PR

Məşhur şirkətdən beynəlxalq foruma dəstək
18 MAY
213

Məşhur şirkətdən beynəlxalq foruma dəstək

2016-05-18 17:08:00

Azercell Telekom ölkəmizdə keçirilən daha bir beynəlxalq foruma dəstək verib. Fins.az xəbər verir ki, mayın 17-də Qafqaz Universitetində  Böyük Həcmli Verilənlər Günü Bakı 2016 (Big Data Day Baku 2016) beynəlxalq forumu Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və Azercell-in dəstəyi ilə baş tutub. Big Data Day Baku 2016 Beynəlxalq Forumu (BDDB2016), böyük həcmli verilənlər mövzusunda artıq ikinci dəfəfdir ki, ölkəmizdə keçirilib. Bu dəfə  "Böyük Həcmli Verilənlərin Böyük Biznes Dəyərə Çevrilməsi" şuarı altında keçirilən tədbirdə bu sahədə öz həlləri ilə tanınmış IBM, Oracle, Microsoft kimi qlobal və Azercell və ATL kimi yərli şirkətlərin expertləri məruzələrlə çixiş ediblər.

Tədbirdə Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov da mövzu barədə geniş təqdimatla məruzə edib. Imran Bağırov öz çıxışında Müştəri Xidmətləri səviyyəsinin ölçülməsi və ən yüksək müştəri təcrübəsinin əldə edilməsində Böyük Həcmli Verilənlərin əvəzedilməz olduğunu vurğuladı.

Tədbirin əsas məqsədi, cəmiyyətdə Böyük Həcmli Verilənlərin (Big Data) gətirdiyi yeni imkanlar və çətinliklər haqqında fikirləri daha da artırmaq, biznes, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Verilənlər Elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir.  Bu ilki tədbirdə maliyyə, enerji, telekom, marketinq sahələri üzrə çalışan şəxslər, sahibkarlar, tədiqatçılar, dövlət nümayəndələri və tələbələr iştirak ediblər. 

Məlumat üçün bildirək ki, Azercell-in dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə “Barama HackDay 2016”, Seedstars World kimi beynəlxalq müsabiqələr keçirilib. Azercell eyni zamanda Azərbaycanlı gənclərin İKT sahəsində biliklərinin artmasına, onların dünya səviyyəli peşəkarlara çevrilməsinə yardım olan hər bir tədbirə dəstək olur. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində indəyədək onlarla gənc öz layihəsini dünya bazarına çıxarmağa, şəxsi şirkət qurmağa nail olub.

Azercell Telekom MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275