PR

Azərbaycan bankından tələbələr üçün şans
19 APREL
615

Azərbaycan bankından tələbələr üçün şans

2016-04-19 17:20:00

NIKOIL Bank ali məktəb məzunları üçün "Yay təcrübə proqramı" elan edib. Bankdan fins.az-a verilən məlumata görə, mayın 1-dən avqustun 1-nə qədər NIKOIL Bankın baş ofisində və filiallarında mikro və kiçik biznesin kreditləşdirilməsi üzrə praktik məşğələlər keçiriləcək.  Təcrübəçilər NIKOIL Bank, bank qanunvericiliyi, korporativ davranış və yazışmalar kodeksi,  biznes kreditlərin verilməsi qaydası haqqında tam informasiya ilə tanış olacaq, eləcə də ölkə iqtisadiyyatında mikromaliyyələşdirmənin rolu, effektiv satışlar texnikası, kreditlərin verilməsi zamanı risklərin qiymətləndirilməsi, borcalanın balansının maliyyə təhlili və sairə  kimi mövzuların müzakirə olunacağı təlimlərdə iştirak edəcəklər. 

Proqramda iştirak etmək istəyən bütün 21-30 yaşlı, ali təhsilli (ali iqtisadi təhsilə üstünlük verilir) şəxslərhr@nikoil.az elektron poçt ünvanına “Yay təcrübə proqramı” qeydi ilə CV göndərməklə qeydiyyatdan keçməlidirlər. Məhdud sayda anket seçildikdən sonra gələcək  təcrübəçilər ənənəvi müsahibə üçün Banka dəvət ediləcək, həmin müsahibənin gedişində onlara məntiq üzrə testlər təqdim olunacaq. Yüksək bal toplayan şəxslər avtomatik olaraq NIKOIL Bankın adı çəkilən proqramının iştirakçıları siyahısına daxil ediləcəklər. Xatırladaq ki, ən fəal təcrübəçilər proqram başa çatdıqdan sonra  gələcəkdə Bankda işə düzəlməyin nəzərə alınması ilə filiallardan birində təcrübə keçmək imkanı əldə edəcəklər.

"Yay təcrübə proqramı" layihəsi haqqında daha ətraflı məlumatı (012) 981 qısa nömrəsinə zəng vuraraq NIKOIL Bankın əlaqə mərkəzində və yaxud Bankın korporativ saytında  www.nikoil.az əldə etmək olar. 

NIKOIL Bank bu gün – milli və xarici valyutalarda həyata keçirilən hesablaşma, kredit, ödəniş, kart, banklararası, sənədləşmə və digər əməliyyatların daxil olduğu  tam xidmətlər paketini təqdim edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsinə həm Bakıda, həm də Azərbaycanın regionlarında yerləşən 21 satış nöqtəsi daxildir. Sosial şəbəkədə bankın rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/bank.nikoil 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275