NƏQLİYYAT

Bu il heç bir sürücü “sarı zolağ”a düşməyib – AÇIQLAMA
29 İYUL
100

Bu il heç bir sürücü “sarı zolağ”a düşməyib – AÇIQLAMA

2019-07-29 12:34:00

İyul ayının 21-dən 27-ə qədər “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalı ilə bağlı çəkilən - “olimpiya zolağı” kimi bilinən sarı zolaqlara daxil olan sürücülərə heç bir protokol yazılmayıb.

Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 

Onun sözlərinə görə, sürücülərin böyük əksəriyyəti qoyulan qaydalara tam şəkildə riayət ediblər:

“Müşahidə kameraları davamlı şəkildə nəqliyyatın hərəkətini çəkir. Ayın 21-27-nə qədər bir neçə fakt istisna olmaqla, heç bir sürücü məsuliyyətə cəlb olunmayacaq. Bu məsələ ilə bağlı əməkdaşlarımız tərəfindən araşdırma davam edir. Sürücülər keçirilən tədbirin mahiyyətini başa düşərək, polis əməkdaşları ilə həmrəylik nümayiş etdirdilər”. 

Xatırladaq ki, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalı ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağan edilmişdi. Bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələrini 40 manat məbləğində cərimə gözləyirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır