NƏQLİYYAT

500 ton tütünü Azərbaycandan Belarusa daşıyacaq nəqliyyat şirkəti axtarılır
09 İYUL
101

500 ton tütünü Azərbaycandan Belarusa daşıyacaq nəqliyyat şirkəti axtarılır

2019-07-09 16:13:00

“Azərtütün” Belarusa 500 ton tütün ixrac etməyi planlaşdırır

“Azərtütün” aqrar-sənaye kompleksi Zaqatala şəhərindən Belarusun Qrodno şəhərinə 500 ton tütünün nəqli üçün nəqliyyat şirkəti seçir.

Bu barədə şirkətdən məlumat verilib.

Seçim kotirovka sorğusu metodu ilə keçirilir.

Təkliflər 17 iyul saat 11:00-dək qəbul olunur.

Telefon: (+994 12) 464 92456. Əlaqələndirici şəxs: Toğrul Cavadov

“Azərtütün” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına daxildir. Hazırda “Azərtütün” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında qurutma kameraları, anbar və ofis binaları, habelə digər zəruri infrastruktura malik dörd quru tütün istehsalı məntəqəsi fəaliyyət göstərir.  

 Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269