NƏQLİYYAT

Bakı yollarında XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə bağlı xüsusi zolaqlar çəkiləcək – SİYAHI
09 İYUL
229

Bakı yollarında XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə bağlı xüsusi zolaqlar çəkiləcək – SİYAHI

2019-07-09 10:03:00

Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolaq” tətbiq ediləcək. Məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, ilk “Sarı zolağ"ın çəkilişinə iyulun 8-i axşam saatlarında Ziya Bünyadov prospektində başlanılacaq. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılacaq və yol nişanları qoyulacaq.

Sürücülərə tövsiyə edirik ki, müəyyən olunan müddətdə sarı zolağın tələbin əməl etsinlər. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq ümid edirik ki, Avropa və İslam Həmrəyliyi Oyunlarında olduğu kimi bu dəfə də hərəkət iştirakçıları qoyulan qaydalara anlayışla yanaşıb nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və uğurla reallaşmasına dəstək olacaqlar.  

Sarı zolaq çəkilən küçə və prospektlər

İstiqamət

Zolağ

Qara Qarayev prospekti

Əli Vəliyev küçəsi ilə kəsişmədən Babək prospektinə kimi

sol

Qara Qarayev prospekti

Babək prospektindən Əli Vəliyev küçəsinə kimi

sol

Üzeyir Hacıbəyov küçəsi

Sərdar Səfərov küçəsindən Azadlıq prospektinə kimi

sağ

Azadlıq prospekti

Üzeyir Hacıbəyov küçəsindən Zərifə Əliyeva küçəsinə kimi

sol

Zərifə Əliyeva küçəsi

Azadlıq prospektindən Rəsul Rza küçəsinə kimi

sol

Neftçilər prospekti

Rəsul Rza küçəsindən Niyazi küçəsinə kimi

sol

Neftçilər prospekti

Niyazi küçəsindən Rəsul Rza küçəsinə kimi

sol

Atatürk prospekti

Ziya Bünyadov prospektindən Həsən Əliyev küçəsinə kimi

sol

Atatürk prospekti

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə kimi

sol

Hənifə Ələsgərov

Vaqif prospektindən Cəlil Məmmədquluzadə küçəsinə kimi 

sol

Tbilisi prospekti

HAA-nın çıxışından Əbdülvahab Salamzadə küçəsinə kimi

sol

Moskva prospekti

Rövşən Cəfərov küçəsindən Rəşid İsmayılov küçəsinə kimi

orta/sol

Moskva prospekti

2-ci Alatava küçəsindən Müzəffər Həsənov küçəsinə kimi

sol

Rəşid İsmayılov küçəsi

Moskva prospektindən İpək Yoluna kimi

sol

Neftçilər prospekti

Sərdar Səfərov küçəsindən Afiyəddin Cəlilov küçəsinə kimi

sol

Ziya Bünyadov prospekti

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən 20 yanvar dairəsinə kimi

sol

Ziya Bünyadov prospekti

20 yanvar dairəsindən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə kimi

Sol

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır