NƏQLİYYAT

Gecə saatlarında paytaxtda sarı zolaqların çəkilişinə başlanılıb - FOTO
09 İYUL
163

Gecə saatlarında paytaxtda sarı zolaqların çəkilişinə başlanılıb - FOTO

2019-07-09 09:55:00

Paytaxtın Ziya Bünyadov prospekti ötən gecə bağlanıb.

Fins.az xəbər verir ki, keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar yollara yenidən sarı zolaqlar çəkilir.

Bu işlər əsasən gecə saatlarında aparılacaq. Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev-in verdiyi müsahibədə bildirib ki, bu zolaqların çəkilməsində məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.

İlk “Sarı zolağın” çəkilişinə bu  axşam saat 00:00 da Ziya Bünyadov prospektində başlanılıb. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılıb və yol nişanları qoyulub. Müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolaq” tətbiq edilib. Bu işlərin 3 gün ərzində yekunlaşması nəzərdə tutulub.

Qeyd edək ki, sarı zolaqlar ümumilikdə 12 küçə və prospektdə çəkiləcək.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır