NƏQLİYYAT

Bu ərazilərdə təmir və rənglənmə işləri aparılır – SÜRÜCÜLƏR DİQQƏTLİ OLSUN
14 MAY
184

Bu ərazilərdə təmir və rənglənmə işləri aparılır – SÜRÜCÜLƏR DİQQƏTLİ OLSUN

2019-05-14 14:03:00

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bayraq meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev və Asif Əsədullayev küçələrində axşam saatlarınadək, Yasamal rayonu İnşaatçılar prospekti, həmçinin İzmir və Bakıxanov küçələrində isə axşam saat 22:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır