NƏQLİYYAT

Bu yollarda təmir gedir – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
04 MART
106

Bu yollarda təmir gedir – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

2019-03-04 11:09:00

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci km hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Hökməli dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomoobil Yolları Dövlət Agentliyindən -dan Fins.az-a verilən məlumata görə, bundan başqa Bakı şəhəri, Bibiheybət məscidinin yanında və Bakı-Şamaxı avtomobil yolunun 15-100-cü km hissəsində yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264