NƏQLİYYAT

Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə keçidi tranzit daşımalarında Avropa və Asiya məkanını birləşdirəcək
14 YANVAR
84

Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə keçidi tranzit daşımalarında Avropa və Asiya məkanını birləşdirəcək

2019-01-14 21:07:00

Fins.az-ın məlumatına görə Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə görüşdə bildirib ki, Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə keçidi tranzit daşımalarında Avropa və Asiya məkanını birləşdirəcək. O bildirib ki, Azərbaycanın gömrük sahəsində atdığı addımları təqdirəlayiqdir: “Azərbaycan gömrük xidmətinin cəmi 27 yaşı olmasına baxmayaraq çox uğurlu işlər görüb və bunlar digər üzv ölkələr üçün nümunədir. Həmçinin Azərbaycan tranzit əhəmiyyətli ölkə olduğu üçün tranzit yükləri sahəsində də mühüm addımlar atır. Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə keçidi tranzit daşımalarında Avropa və Asiya məkanını birləşdirəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256