NƏQLİYYAT

Gücləndirilmiş iş rejimi 2 gün uzadıldı
03 YANVAR
122

Gücləndirilmiş iş rejimi 2 gün uzadıldı

2019-01-03 11:42:00

Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublikanın 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimini yanvar ayının 5-nə qədər uzadıb. 

Fins.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xidmətin mətbuat katibi Nuridə Allahyarova məlumat yayıb.

O qeyd edib ki, bu addım bayramda regionlarda dincəlməyə həftəsonuna qədər davam edən sərnişinlər üçün atılıb: 

“Bir daha xahiş edirik ki, biletlərinizi avtovağzallarımızın kassalarından əldə edəsiniz. Əks halda qeyri-qanuni daşımalar icra edən işbazların qeyri-peşəkar sürücüləri ilə müşayət olunacaq səfərinizin yol-nəqliyyat hadisəsi ilə nəticələnməsinə dair risk yüksəkdir. Yolunuz açıq olsun!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256