NƏQLİYYAT

Gələn il yeni metro stansiyası istifadəyə veriləcək – SAKİNLƏRƏ ŞAD XƏBƏR
26 DEKABR 2018
1832

Gələn il yeni metro stansiyası istifadəyə veriləcək – SAKİNLƏRƏ ŞAD XƏBƏR

2018-12-26 17:45:00
Gələn ilin sonlarında, 2020-ci ilin əvvəlində Ceyhun Səlimov küçəsində (Papanin), Hərbi Hospitalın qarşısında şərti "Bənövşəyi - 3” (B3) adlandırılan yeni metrostansiya istifadəyə veriləcək. 
Bunu "Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. 
Onun sözlərinə görə, B3 stansiyası "Bənövşəyi” xətdə  "Avtovağzal” və "Memar Əcəmi” metrostansiyalarının davamıdır. Hazırda "Memar Əcəmi” və  B3 arasında yolların çəkilməsi artıq başa çatıb, müvafiq infrastruktur yaradılması istiqamətində iş gedir. B3 stansiyasının özündə isə həm təchizat, həm də tikinti işləri aparılır: "B3 stansiyası açıldıqdan sonra qatarların hərəkət qrafikində də yenilik olacaq. Çünki stansiyanın arxasında qatarların dönmə kamerası tikilir. İndi "Bənövşəyi” xətdə "Memar Əcəmi” və "Avtovağzal” arasında qatarlar "o baş, bu baş” prinsipi ilə hərəkət edir. Amma dönmə kamerası istismara verildikdən sonra qatarlar artıq B3 stansiyasının arxasından dövrə vuraraq digər yola keçəcəklər. B3 stansiyasında "Memar Əcəmi” və "Avtovağzal” stansiyalarında olduğu kimi 17 eskalator, o cümlədən fiziki sağlamlığı məhdud şəxslər üçün liftlər quraşdırılacaq. "Bənövşəyi” xəttin müasir dövrün bütün tələblərinə uyğun qurulması nəzərdə tutulub və həmin istiqamətdə B3 stansiyasında da işlər aparılacaq”. 
Hazırda "Xətai” metro stansiyasında da təmir işləri aparılır. Stansiyada 50 illik istismar müddəti başa çatmış eskalatorlar dəyişdirilir. Eskalatorların sökülməsi prosesi tamamilə başa çatdırılıb. Sökülmüş eskalatorun oturacaq bölümünün maili gedişli maşın hissəsinin yeni eskalatorların tələblərinə uyğun quraşdırılması işləri aparılır. Yeni alınmış avadanlıqla köhnə avadanlıq arasında fərqdən əlavə, orada 3 eskalator əvəzinə Almaniya istehsalı olan 4 müasir eskalator quraşdırılacaq. Bu iş başa çatandan sonra yeni eskalatorların quraşqdırılması və sınaqdan çıxarılması işləri aparılacaq: "Xətai”stansiyası əvvəlcədən nəzərdə tutulmuş qrafikə əsasən gələn il avqustun 10-a qədər istifadəyə veriləcək. Stansiya bu müddətdən bir az əvvəl də istismara verilə bilər”.
Şöbə rəisi qeyd edib ki, 2018-ci ildə Xocahəsən deposu ilə bağlı tunellərdən birinin inşası başa çatdırılıb, digər tuneldə də işlər davam edir.
Gələn il yeni metrostansiyaların tikintisinə gəlincə, B. Məmmədov bu barədə hələ 2019-cu ildə konkret məlumat verməyin mümkün olacağını nəzərə çatdırıb: "Çünki əsaslı təmir, yenidənqurma və qatarların alınması dövlət vəsaiti hesabına həyata keçirilir".
© Bakipost
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264