NƏQLİYYAT

Rusiyada Azərbaycan yüklərini qəbul edəcək logistik mərkəz nə vaxt fəaliyyətə başlayır?
21 DEKABR 2018
191

Rusiyada Azərbaycan yüklərini qəbul edəcək logistik mərkəz nə vaxt fəaliyyətə başlayır?

2018-12-21 10:07:00

Azərbaycan, İran və Türkiyədən Rusiya Federasiyasına meyvə və tərəvəz tədarükünü nəzərdə tutan logistik mərkəz bu ilin sonunadək ilk yükləri qəbul edəcək. 2019-cu ildə mərkəz vasitəsilə 1 milyon tona qədər məhsul tədarükü planlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edən Denis Afanasyev deyib. D.Afanasyev qeyd edib ki, "Azərbaycanın "KDY Logistics" şirkəti layihənin hazırlanma mərhələsini demək olar ki, başa çatdırıb. Azərbaycan, Türkiyə və İranla razılaşdırmalar aparılıb. Bu ilin sonunadək dəmir yolu nəqliyyatı ilə məhsulun birinci partiyasının gəlməsini gözləyirik. Gələn il ərzində mərkəz vasitəsilə Azərbaycan, Türkiyə və İrandan 1 milyon tona yaxın yük tədarük olunacaq", - deyə D.Afanasyev qeyd edib.

"Hazırda bu ölkələrdən meyvə və tərəvəz, əsasən dəniz yolu ilə çatdırılır ki, bu da rütubətin çox olması səbəbindən məhsulun xarab olmasına gətirib çıxarır. Məhsulun xüsusi dəmir yolu nəqliyyatı ilə daşınması bu problemin həllinə kömək olacaq. Layihənin reallaşdırılması regionda 3 minə yaxın iş yerinin yaradılmasına imkan verəcək", - deyə D.Afanasyev diqqətə çatdırıb.

Qeyd edək ki, Həştərxanda dəmir yolu mərkəzinin yaradılması ilə Azərbaycanın "KDY Logistics" şirkəti Rusiya Dəmir Yolları ilə birgə məşğul olur.

© AZƏRTAC 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266