NƏQLİYYAT

Şərifzadə küçəsində hərəkət məhdudlaşdırılır
06 DEKABR
72

Şərifzadə küçəsində hərəkət məhdudlaşdırılır

2018-12-06 11:00:00

Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, “ASAN xidmət” mərkəzinin qarşısında bu gün saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat ərzində) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a bildirilib ki, məhdudlaşdırılma yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədardır.

Qurum vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255