NƏQLİYYAT

Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır
05 DEKABR
61

Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır

2018-12-05 14:25:00

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

Fins.az Trend-ə istinadən məlumat verir ki, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.

Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, hazırda Hacıqabul stansiyasında 11 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 281 yoldəyişən yenisi ilə əvəz olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256