NƏQLİYYAT

Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır
21 NOYABR
112

Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır

2018-11-21 18:24:00

Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı "İDYM" MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.

Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 248 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Yevlax stansiyasının cüt boğazında 5 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256