NƏQLİYYAT

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları atış təlimi keçirib
30 OKTYABR
96

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları atış təlimi keçirib

2018-10-30 11:02:00

Son illər “Azərbaycan Dəmir Yolları”nda müxtəlif beynəlxalq irihəcmli layihələrin reallaşması, qarşılıqlı əlaqələrin genişləndirilməsi və tranzit potensialının artırılması ilə yanaşı Mühafizə İdarəsinin inkişafı istiqamətində də mühüm addımlar atılır.

“Azərbaycan Dəmir Yolları”ndan verilən məlumata görə, belə ki, Mühafizə İdarəsi əməkdaşlarının xidməti istifadəsində olan köhnə silahların müasir standartlara cavab verən, milli istehsalımız olan 9x19 mm-lik “Zəfər-K” tapançaları ilə əvəz olunaraq yenilənməsi bunun bariz nümunələrindəndir. Eyni zamanda bu diqqət və qayğının nəticəsidir ki, uzun fasilədən sonra, 26 və 27 oktyabr 2018-ci il tarixlərində “Azərbaycan Dəmir Yolları” QSC Mühafizə İdarəsinin əməkdaşlarının silahdan atəş açma bacarığının artırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin Atıcılıq tirində atış təlimi məşğələlərinin keçirilməsi təşkil edilib.

Xidməti vəzifələrin yerinə yetirilməsi zamanı Mühafizə İdarəsi əməkdaşlarının döyüş hazırlığının yüksəldilməsində, odlu silahın tətbiqi zamanı sabit vərdişlərə yiyələnməsində, eyni zamanda yüksək psixoloji dayanıqlılıq və peşə sayıqlığının aşılanmasında atəş hazırlığı üzrə keçirilmiş atış təlimi məşğələlərinin xüsusi əhəmiyyəti var.

Təsdiq edilmiş “Mühafizə İdarəsində odlu silahdan atış təlimi qaydaları”na uyğun keçirilən atış təlimi təhlükəsizliyin təmin olunması, tapança ilə müəyyənləşdirilmiş normativlər üzrə atış tapşırıqlarının icrası və təlimin nəticələrinin qiymətləndirilməsi məsələlərini əhatə edir.

Bu qaydalara uyğun olaraq, DİN-in Atıcılıq tirində təşkil olunmuş atış təlimində Mühafizə İdarəsi və onun tabeçiliyində olan komandaların əməkdaşları tərəfindən 9x19 mm “Zəfər-K” tapançalarından 2 nömrəli praktik atəş tapşırığı icra olunub. Hədəflərin dəqiq nişan alınaraq vurulması zamanı əla nəticələr göstərmiş əməkdaşlar mükafatlandırılıblar.

Bakı şəhərində keçirilən atış təlimi məşğələləri təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla müvəffəqiyyətlə başa çatıb.

Qeyd edək ki, təlimin regionlarda yerləşən komandalarda da keçirilməsi planlaşdırılır. 

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259