NƏQLİYYAT

Xəzər-Qara dəniz dəhlizi layihəsindən nə xəbər?
30 İYUL
276

Xəzər-Qara dəniz dəhlizi layihəsindən nə xəbər?

2018-07-30 17:49:00

Buxarest 2019-cu ilin birinci yarısında Avropa İttifaqında (Aİ) sədrliyi çərçivəsində Xəzər-Qara dəniz dəhlizi layihəsinin Aİ-nin müvafiq strukturlarında baxılması üçün səylər göstərmək niyyətindədir.

Bunu Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Mariya Maqdalena Qriqore nəqliyyat məsələləri üzrə Türkmənistan-Rumıniya işçi qrupunun iclasında bildirib. O qeyd edib ki, Rumıniya özünün Qara dəniz limanı Konstansanı Xəzər və Qara dənizləri birləşdirən nəqliyyat-tranzit dəhlizinin əsas halqalarından birinə çevirmək üçün bütün imkanlardan istifadə etməlidir.

Bu ideyanı həyata keçirmək üçün Buxarest 2019-cu ilin birinci yarısında Avropa İttifaqında sədrliyi çərçivəsində Xəzər-Qara dəniz dəhlizi layihəsinin Aİ-nin müvafiq strukturlarında müzakirəsi üçün səylər göstərmək niyyətindədir. Tərəflər görüşün yekunlarına dair dəniz, avtomobil, hava və dəmir yolu nəqliyyatı sahələrində əməkdaşlıq üzrə Protokol imzalayıblar.

Sənəddə gələcəkdə Xəzər-Qara dəniz nəqliyyat-tranzit dəhlizinin yaradılması haqqında siyasi bəyannamənin imzalanması istiqamətində siyasi-diplomatik səylərin gücləndirilməsi ilə bağlı qətiyyətlilik də öz əksinin tapıb. Bununla əlaqədar yaxın vaxtlarda Azərbaycan və Gürcüstanın da iştirakı ilə dördtərəfli danışıqların keçirilməsi planlaşdırılır.

Azərtac

Eləcə də bax: Bakının iki ən problemli marşrut xətti birləşdirilərək "BakuBus"-a verildi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256