NƏQLİYYAT

Fransa şirkətinin vitse-prezidenti: "Hazırda Azərbaycana 50 lokomotiv ixrac edirik"
06 İYUL
111

Fransa şirkətinin vitse-prezidenti: "Hazırda Azərbaycana 50 lokomotiv ixrac edirik"

2018-07-06 09:52:00

Fransanın iri maşınqayırma şirkəti olan "Alstom" hazırda Azərbaycana 50 lokomotiv ixrac edir. Fins.az “Report”-a istinadən  xəbər verir ki, bunu şirkətin Yaxın Şərq və Afrika regionu üzrə vitse-prezidenti Didye Pfleqer "kapital.kz" saytına müsahibəsində deyib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

"Bu gün biz Azərbaycana 50 lokomotiv ixrac edirik. Bunlardan 10-u sərnişin, 40-ı isə yük qatarları üçündür. Market standartlarına əsasən, bu, orta müqavilədir. Başa düşüləndir ki, biz bu istiqaməti yenicə inkişaf etdiririk və gələcəkdə daha böyük müqavilələr bağlayacağımızı düşünürəm. Hazırda biz bu istiqamətdə işləyirik, yaxın bir-iki ildə regionda tender prosedurlarına qatılacağıq", - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270