NƏQLİYYAT

Sərnişinlərdən gediş haqqı tələb edən sürücülər cəzalandırılacaq
04 İYUL
94

Sərnişinlərdən gediş haqqı tələb edən sürücülər cəzalandırılacaq

2018-07-04 09:46:00

Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edir. Hazırda 30, 32, 38, 67, 83, 46 və 49 saylı marşrut avtobuslarında sərnişinlərdən gediş haqqı tələb olunur.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, elektrik enerjisinin verilməsində yaranan problemlə əlaqədar Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobuslarının əhaliyə ödənişsiz xidmət etməsinə tapşırıq verib: "BNA-nın tələblərinə əməl etməyən sürücülər cəzalanacaq. Belə bir hadisədə sürücülər qurumun əmrlərinə tabe olamlıdırlar. Əhalinin narazılığına səbəb olan davranışlara yol verən sürücülər, işinə məsuliyyətsiz yanaşanlar və sərnişinlərdən ödəniş tələb edən abtobus sürücüləri haqqında ciddi tədbirlər görüləcək".

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267