NƏQLİYYAT

Azərbaycanda daha bir yol ÇÖKDÜ - VİDEO
20 İYUN
328

Azərbaycanda daha bir yol ÇÖKDÜ - VİDEO

2018-06-20 11:42:00

Yolun sağ və sol yamaclarından başlayan torpaq axını və iri çatlar asfalt örtüyünə xeyli ziyan vurub, Dəmirçi kəndinin girişində asfalt örtüyü iki yerə bölünərək yolda 45-50 santimetr enində iri yarğanlar əmələ gəlib.

Bir ay bundan öncə Şamaxı-Çuxuryud-Dəmiriçi yolunun 3 hissəsində sürüşmə baş vermişdi. Artıq sürüşmənin əhatəsi böyüyüyərək 15 metrə çatıb.

Ərazidə çalışan mütəxəsislərin sözlərinə görə, sürüşmənin baş vermə səbəbi yağan güclü leysan yağışlarıdır. Yağıntılar nəticəsində yolun dağ yamaclarına yığılan sel suları ərazidə gölməçələr əmələ gətirir, elə bu səbəbdən də yamcalardan başlayan iri çatlar böyüyür, yola doğru hərəkət edərək asfalt örtüyünün dağılmasına səbəb olur.

Dəmirçi yolunun sahə rəisi Aydın Həsənov bildirib ki, bu ərazidəbir ara daşqınlar oldu: "Hal-hazırda drenaj kanallar çəkirik, axan sel sularını, yağıntını asfaltın kənarına ötürürük”.

Artıq bu problemləri birdəfəlik aradan qaldırmaq üçün sürüşmənin baş verdiyi ərazilərdə mütəxəsislər tərəfindən işlər aparılır. (ARB)

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257