NƏQLİYYAT

166 Yük Taksisi Azərbaycanda bir ilkə imza atdı
14 İYUN
1000

166 Yük Taksisi Azərbaycanda bir ilkə imza atdı

2018-06-14 17:20:00

166 Yük Taksisinin saytı www.166.az yenilənib və bir neçə yeni funksiya əlavə edilib. Müasir dizaynda tərtib edilmiş sayta əlavə edilən yeniliklərdən biri “Online Ödəmə” bölməsinin yerləşdirilməsidir. Yükdaşıma xidməti üzrə faəliyyət göstərən şirkətlər arasında bir ilk olan bu yenilik sayəsində Azərbaycan vətəndaşları Mastercard, Visacard və Bolkart vasitəsilə online ödəniş edə bilirlər. “Bank of Baku” ilə əməkdaşlıq edən şirkət sifarişçilər üçün taksit kartı olan “Bolkart”la 12 ay hissəli ödəmək şansı yaradıb. Əlavə olaraq saytda karyera bölməsi fəaliyyətə başlayıb. Bu bölmədə aktiv vakansiyalarla tanış olmaq və şirkətə CV göndərmək imkanı mövcuddur. Bu sistem işə qəbul prossesinin tam şəffaf şəkildə həyata keçirilməsinə zəmin yaratmaqdadır.

Qeyd edək ki, 2012-ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan “166” brendi 24/7 fəaliyyət göstərən 166 “Qaynar Xətti”nə sahibdir və hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin öndə gedən şirkətlərindən biridir. Şirkət sadəcə ölkədaxili deyil, eyni zamanda beynəlxalq arenada da yüklərin daşınmasını həyata keçirir. “166” brendi etdiyi yeniliklərlə hər zaman diqqət mərkəzində olmuşdur. "Beynəlxalq keyfiyyət standartı sertifikatı"na sahib olan “166” şirkətinin 300-dən çox yük avtomobili xidmət göstərməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259