NƏQLİYYAT

Bu dəyişiklikdən sonra sürücülər Babək və Xocalı prospektindən keçməli olmayacaq - FOTOLAR
05 İYUN
1163

Bu dəyişiklikdən sonra sürücülər Babək və Xocalı prospektindən keçməli olmayacaq - FOTOLAR

2018-06-05 11:34:00

Paytaxt küçələrindən birində hərəkət dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, bu yay hərəkətin dəyişdiriləcəyi ünvanlardan biri Fəzail Bayramov küçəsidir. M.Ağayev deyib ki, bu küçədə geriyədönmə yerini təşkil etməklə sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq:

Təmizlik Xidmətinə 50% ENDİRİM!

"Qeyd edək ki, hazırda Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan sakinlər şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə daxil olmaq üçün yeni yoldan istifadə edə bilmirlər. Bu səbəbdən onlar Babək və Xocalı prospektlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətlə dərəcədə artmasına səbəb olur". (Trend)

Eləcə də bax: Bakıda hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək - RƏSMİ AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269