NƏQLİYYAT

Bakı-Ələt-Qazax avtomobil yolunun bir hissəsi bağlanıb
01 İYUN
252

Bakı-Ələt-Qazax avtomobil yolunun bir hissəsi bağlanıb

2018-06-01 10:49:00

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 01 iyun 2018-ci il tarixində saat 09:30- dan axşam saatlarınadək Bakı-Ələt-Qazax avtomobil yolunun 14-320 km-də (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, Sözügedən avtomobil yolunda hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Eləcə də bax: Bakını tıxaclardan xilas edəcək yol nə vaxt hazır olacaq? - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256