NƏQLİYYAT

Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır
02 MAY
264

Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır

2018-05-02 10:11:00

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, bu istiqamətdə 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 150 yoldəyişən yenisi ilə əvəz olunub. Hazırda Mingəçevir stansiyasınin cüt boğazında 5 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256