NƏQLİYYAT

Azərbaycanda Türkmənistana məxsus gəminin təmiri başa çatdırılıb
26 APREL
226

Azərbaycanda Türkmənistana məxsus gəminin təmiri başa çatdırılıb

2018-04-26 10:44:00

Türkmənistan Respublikasının Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda təmir olunub. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən bildirilib ki, təmir vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilib.

Belə ki, zavodda gəminin sualtı və suüstü hissələri təmizlənib və rənglənib. Bundan başqa, “Berkarar” gəmisinin hər iki baş mühərriki, dizel generatorları, 6 nasosu təmir olunub. Elektrik sistemləri sazlanıb. Eyni zamanda həm maşın şöbəsində, həm də göyərtədə boruquraşdırma işləri görülüb. Təmirdən sonra gəmi dəniz sınağından keçib. Sınaq uğurla başa çatdırılıb. Artıq gəmi sahibinə təhvil verilib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC regionda güclü gəmi təmiri bazasına malikdir. Həm “Bibiheybət” Gəmi Təmiri Zavodu, həm də “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu mütəmadi olaraq xarici ölkələrdən sifarişlər alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254