NƏQLİYYAT

Yanvar-martda dəmir yolu nəqliyyatı ilə 734,6 milyon dollar dəyərində yük daşınıb
19 APREL
206

Yanvar-martda dəmir yolu nəqliyyatı ilə 734,6 milyon dollar dəyərində yük daşınıb

2018-04-19 14:06:00

2018-ci ilin yanvar-mart aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 1 milyon 490 min 963 ton yük daşınıb ki, bu yüklərin dəyəri 734 milyon 686 min ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, üç ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 407 min 152 ton yükün dəyəri 130 milyon 217 min ABŞ dolları təşkil edir. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 1 milyon 183 min 329 ton, dəyəri isə 604 milyon 468 min ABŞ dollarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259