NƏQLİYYAT

Bakıdan Kiyevə qatarla birbaşa getmək mümkün olacaq
12 APREL
602

Bakıdan Kiyevə qatarla birbaşa getmək mümkün olacaq

2018-04-12 02:31:00

Aprelin 21-dən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq. Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək. Qatar Bakıdan həftədə bir dəfə - həftənin IV günləri saat 01-35-də yola düşəcək, Kiyev stansiyasına 23.04.2018-ci ildən etibarən həftənin I günləri saat 11-46-da çatacaq və həmin gün saat 14-37-də əks istiqamətə yola düşəcək.

Qeyd edək ki, Bakı-Kiyev qatarı Bakıya 26.04.2018-ci ildən etibarən həftənin IV günləri saat 04-10-da çatacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259