NƏQLİYYAT

Xəzər dənizində müntəzəm fider daşımalarına başlanır
06 APREL
417

Xəzər dənizində müntəzəm fider daşımalarına başlanır

2018-04-06 15:50:00

Bakıda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin işçi qrupunun növbədənkənar iclası keçirilib. Görüşdə Assosiasiyanın üzvləri Xəzər dənizi üzərindən 2018-ci il üçün fider gəmisi vasitəsilə daşınan yüklərin tariflərini təsdiqləyiblər. Bundan başqa, iclasda gəminin hərəkət qrafikinin razılaşdırılması məsələsinə də baxılıb.

Fider gəmi ilə Qazaxıstandan yüklərin ixracı ilə yanaşı, Çindən Azərbaycana, Gürcüstana, Türkiyəyə, Avropaya (İtaliya, Rumıniya və s) konteyner daşımaları da planlaşdırılır.

Qeyd edək k, Xəzərdə fider gəminin istifadəsi gələcəkdə TBNM üzrə daşımların həcmini əhəmiyyətli dərəcədə artıracaq və ümumilikdə Xəzər regionunda konteynerləşmənin daha da inkişafına kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255