NƏQLİYYAT

Metro yay qrafikinə keçir
07 İYUL
468

Metro yay qrafikinə keçir

2017-07-07 11:57:00

İyulun 10-dan Bakı metrosunda qatarlar yay qrafiki ilə hərəkət edəcək. «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin yaydığı xəbərə görə, interval gur saatlarda 2,5 dəqiqə, qalan vaxtlarda, əsasən, 3 dəqiqə olacaq

"Yay mövsümünün başlanması Bakı Metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik edilməsi zərurətini yaradır. Çünki tədris mövsümünün başa çatması, həmçinin paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur".
Gur saatlarda «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq. Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervalla hesablanmış hərəkət təşkil ediləcək. 

Məlumdur ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də, «28 May» stansiyasından sonra hərəkət zamanı həm «İçərişəhər», həm də «Dərnəgül» stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edir.

Qeyd edək ki, gur hərəkət səhər saat 8-dən 10-a, axşam isə 6-dan 9-un yarısına qədərdir. Yalnız gecə saatlarına yaxın və qeyri-iş günləri hərəkət fərqli intervalla təşkil edilir.
Yay qrafiki yeni tədris mövsümünə qədər qüvvədə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293