NƏQLİYYAT

Qara görə bu yollarda tıxac var
31 YANVAR 2017
833

Qara görə bu yollarda tıxac var

2017-01-31 18:57:00

Hazırda paytaxtın Ziya Bünyadov, Azadlıq, Neftçilər və Tbilisi prospektlərində, eləcə də A.Bakıxanov və S.Vurğun küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Fins.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Qurum bir daha sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir.

Qeyd edək ki, hazırda Bakı Nəqliyyat Agentliyi müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255