NƏQLİYYAT

Nəqliyyat Nazirliyinin taleyi məlum oldu
28 DEKABR 2016
4239

Nəqliyyat Nazirliyinin taleyi məlum oldu

2016-12-28 16:09:00

Gələn ilin dövlət büdcəsinin xərclər hissəsində publik hüquqi şəxslər üçün ayrıca ayırmalar nəzərdə tutulub.  Fins.az xəbər verir ki, 2017-ci ildə Bakı Nəqliyyat Agentliyinə büdcədən 46 milyon manat, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə isə 24 milyon 12 min 800  manat ayrılacaq. Xərclər hissəsində Nəqliyyat Nazirliyinə ayırmalar da xüsusi yer tutur. 2015-ci ilin ortasından başlayaraq, 2016-cı ildə də bu nazirlikdən bir neçə strukturun qopması və səlahiyyətlərinin məhdudlaşdırılması sonda Nəqliyyat Nazirliyinin ləğv olunacağı gözləntisini yaratmışdı. Lakin gələn ilin büdcə xərclərində Nazirliyə ayrılan xərclərin də yer alması onun fəaliyyətini davam etdirəcəyini göstərir.  

Nəqliyyat xərcləri

Qeyd edək ki, gələn il  nəqliyyat və rabitə sektoru üçün ümumilikdə 102 milyon manat vəsait ayrılmaq nəzərdə tutulub. 2017-ci ildə “Bakı Metropoliteni” QSC də subsidiya alacaq. Büdcədən metroya 30 milyon manat ayrılacaq. Büdcə xərclərində maraqlı məqamlardan biri də Nəqliyyat Nazirliyi (NN) ilə bağlıdır. Gələn il Nazirlik üçün ayrıca büdcə vəsaiti ayrılması nəzərdə tutulub.  2017-ci ildə NN-ə 2 milyon 662 min 552 manat büdcə xərci ayrılacaq

Üzvlük haqqı xərcləri

Gələn il büdcəsində beynəlxalq təşkilatlara üzvlük haqları üçün nəzərdə tutluan xərclər ayrıca qeyd olunub. 2017-ci ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 229 milyon 69 min 761 manat ayrılacaq.

Daha çox sosial layihələrin icrasına yönələn Prezidentinin Ehtiyat Fonduna isə büdcədən 200 milyon manat ayrılacaq.

Tikinti xərcləri

Gələn ilin büdcəsinin əhəmiyyətli hissəsi tikinti layihələrinə xərclənəcək. Belə ki, ayrı-ayrı  dövlət orqanlarına tikinti  üçün 2 milyard  504 milyon 276 min manat ayırmaq nəzərə tutulub.

Dövlət əsaslı investisiya xərcləri də təxminən bu qədər olacaq. Gələn il investisya layihələrinə  2 milyard 501 milyon manat ayrılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7023
  • € EUR
    1.9152
  • ₽ RUB
    0.0301