NƏQLİYYAT

Metroda qoruyucu çəpərlər nə vaxt olacaq?
30 NOYABR
211

Metroda qoruyucu çəpərlər nə vaxt olacaq?

2016-11-30 12:51:00

Bakı metrosunda platformalarda qoruyucu konstruksiyaların quraşdırılması yaxın gələcəkdə  gözlənilmir. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev fins.az-ın sorğusuna cavab olaraq bu barədə danışıb.
“Bunu etmək üçün mövcud avtomatikaya olan tələbləri dəyişdirmək lazımdır. Bu da indi real görünmür. Yeni stansiyaların  layihələndirməsi zamanı nəzərə alına bilər”.
Təhlükəsizlik tədbirlərinə gəlincə, N.Paşayev bildirdi ki, Bakı metrosunda ehtiyyatsızlıqdan relslərə düşmə halları uzun zamanlardır ki, qeydə alınmayıb. İntiharçıların sayı isə, ümümi statistikaya baxanda, metronun payına cüzi faizi düşür”.
Qeyd edək ki, dünyada metro stansiyalarında relslərə düşmənin qarşısını almaq üçün xüsusi çəpərlər quraşdırılır. Qatar gəlməmişdən platformada duran insanlar tuneli görə bilmirlər. Çəpərin müəyyən qədər bağlı qapısı olur. Qatar stansiyaya gələndən sonra qatarın qapıları ilə birlikdə çəpərin də qapıları (onlar üst üstə düşürlər) avtomatik olaraq açılır. Və bu konstrusiya dünyada ən təhlükəsiz hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270