NƏQLİYYAT

Sərnişindaşıma ilə məşğul olan şirkətlərə - Hava xəbərdarlığı
22 NOYABR
598

Sərnişindaşıma ilə məşğul olan şirkətlərə - Hava xəbərdarlığı

2016-11-22 18:05:00

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edib.

Fins.az quruma istinadən xəbər verir ki, daşıyıcı şirkətlərə sərnişindaşımada istifadə edilən avtobusların xəttə buraxılmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb.

Sərnişinlərin təhlükəsizliyi baxımından avtobus sürücülərı metereoloji vəziyyəti nəzərə alaraq yollarda müəyyən edilən sürət həddinə ciddi əməl etməlidirlər. Həmçinin, sərnişinlərin soyuq havada dayanacaqlarda uzun müddət gözləməsinin yol verməmək üçün daşıyıcılara avtobuslararası intervalı tənzimləmələri də tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275