NƏQLİYYAT

Yükdaşıma qiymətləri aşağı düşəcək
21 NOYABR
332

Yükdaşıma qiymətləri aşağı düşəcək

2016-11-21 14:06:00

Bakı limanı yük avtomobillərinin keçidini avtomatlaşdıracaq.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov jurnalistlərə bildirib ki, hazırda limanın proqram təminatının hazırlanması üzərində iş gedir:

“Rusiya ilə Türkiyə arasında olan anlaşmazlıqdan sonra Bakı Limanına böyük bir TIR axını başladı. Daha çox Qazaxıstan istiqamətində axın oldu. Sonra da Ukrayna ilə Rusiya arasında olan məsələlərə görə, Ukraynadan Orta Asiyaya gedən yük avtomobillərində artım başladı. Ümumi istəyimiz budur ki, bu axın müvəqqəti deyil, daimi olsun, yüklər Azərbaycan üzərindən daşınsın. Bu istiqamətdə bir neçə addım atılıb. Addımlardan biri də Bakı Limanının proqram təminatının hazırlanmasıdır. Biz Dövlət Gömrük Komitəsilə sıx əlaqədə işləyirik. İstəyirik ki, gömrük ilə əlaqələrmiz avtomatlaşsın. Məsələn, artıq TIR Gürcüstandan Azərbaycana daxil olduqda biz bu barədə elektron məlumat bazası ilə məlumat alacağıq. Biz artıq biləcəyik ki, o TIR nə vaxt bizə çatacaq, harada parkinq edəcək, hansı gəmiyə minməlidir”.

Vahid tarifə toxunan Taleh Ziyadov qeyd edib ki, qiymətlərin aşağı salınması üzərində iş gedir:

“Vahid tarifin ortaya qoyulması istiqamətində də artıq Azərbaycan, Qazaxıstan, Gürcüstan və Çin tərəfindən Trans Xəzər Beynəlxalq Konsorsiumu yaradılıb. Vahid tarif vacibdir. Tükiyədən bir TIR göndəriləndə bilmək istəyirlər ki,  gedib-qayıtmaq neçəyə başa gələcəkdir və alternativ marşurutlarda bu qiymələr necədir? Ona da baxacaq. Hal-hazırda bəzi fərqlər var. Məsələn, İran istiqamətindən getmək Azərbaycan üzərindən getməkdən daha ucuzdur. Biz çalışırıq ki, onları da cəlb etmək üçün, digər iştirakçılar ilə razılaşdıraraq ümumi qiyməti aşağı salaq və rəqbətqabiliyyətli marşurut olaq”.

Taleh Ziyadov qeyd edəb ki, əsas məqsəd əlavə dəyərin yaradılmasıdır: “Biz istəyirik ki, Azərbaycana konteyner, TIR ilə gələn yüklər liman ərazisində fəaliyyət göstərəcək azad ticarət zonasında boşaldılaraq əlavə dəyəri artırıldıqdan sonra digər ölkələrə göndərilsin”.

Qeyd edək ki, Ələt qəsəbəsində yeni Bakı Limanı fəaliyyət götərir. Hzırda liman üzrə tikinti işləri davam edir və tikintisinin birinci mərhələsi 2017-ci ilin sonunadək başa çatacaq. Liman ərazisində Dubay modelinə bənzər Azad Ticarət Zonasının yaradılmnası üzərində iş gedir.

Bu gün jurnalistlər limanın fəaliyyəti ilə əyani tanış olublar.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275