NƏQLİYYAT

9 nömrəli "BakuBus" nə vaxt istifadəyə veriləcək?
03 NOYABR
568

9 nömrəli "BakuBus" nə vaxt istifadəyə veriləcək?

2016-11-03 15:51:00

Bu ilin may ayının əvvəlində "BakuBus” MMC 9 nömrəli marşrut xətti ilə paytaxt sakinlərinin xidmətində olacağı ilə bağlı mətbuatda xəbər yayılmışdı.
Fins.az-ın verdiyi məlumata görə,marşrut xətti hələ də istifadəyə verilməyib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarovanın dediyinə görə,"BakuBus”ın 9 nömrəli marşrut xəttinin istifadəyə verilməsi yaxın gələcəkdə gözlənilir.
Xatırladaq ki, 9 nömrəli marşrut xəttinin gediş istiqamətləri belə idi:
Təkrar Metal Zavodu ("Çermet” körpüsü) - Keşlə bazarı - N. Nərimanov m/s - Gənclik m/s - Tibb Universiteti - Heydər Əliyev Sarayı - Sahil metrosu - Azneft meydanı - Səbail meydanı - Su İdman Mərkəzi.
Qayıdış istiqaməti:
Su İdman Mərkəzi - Səbayıl meydanı - Azneft meydanı - Mərkəzi Bank - Koroğlu parkı - Gənclik m/s - N. Nərimanov m/s - Keşlə bazarı - Təkrar Metal Zavodu ("Çermet” körpüsü).
Hazırda "BakuBus"ın istifadədə olan marşurtları bunlardır: 1, 2, 3, 5, 6, 7, 8, 13, 14.
Sonuncu dəfə 12 may 2016-cı ildə "BakuBus” MMC-nin 13 nömrəli marşrut xətti istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270