NƏQLİYYAT

Alatavaya yeni marşrut açılacaq – RƏSMİ AÇIQLAMA
24 OKTYABR
354

Alatavaya yeni marşrut açılacaq – RƏSMİ AÇIQLAMA

2016-10-24 16:40:00

Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyi (BNA) ötən həftədən 29 və 53 saylı avtobusların marşrutunu dəyişib. Artıq həmin avtobuslar Şərifzadə küçəsindən və Alatava yaşayış sahəsindən keçməyəcəklər.

Marşrut xəttinin ləğv olunması Alatava sakinlərinin ciddi narazılığına səbəb olub. BNA rəsmiləri isə onların avtobussuz qalmayacaqlarını bəyan edib:

“Alatava istiqamətinə bir neçə gün ərzində yeni marşrut xətti buraxılacaq. BNA heç vaxt sərnişini yolda qoymağa yönəlik addım atmayacaq. Sadəcə marşrutun nömrəsi hələ müəyyənləşdirilir deyə açıqlaya bilmirik”. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsin Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsin Agentliyin ictimaiyyətlə əlaqlər və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev fins.az-ın sorğusuna cavab olaraq bildirib ki, BNA-nın qərarı 10 gündən sonra icra olunacaq.

Bu müddətdə 29 və 53 saylı avtobuslar əvvəlki marşrut üzrə işləyəcəklər. “Qaydalara görə, marşrutların xətti xəbər yayılandan 10 gün sonra dəyişməlidir. Ona görə də həmin avtobuslar hələ ki, əvvəlki qaydada işləyir. Bu müddətdə əgər sərnişinlərin gediş-gəlişində problem yaranarsa, BNA 10 gün müddətində bununla bağlı təhlillər aparacaq. Əgər marşruta ciddi tələb olarsa, müvafiq olaraq mövcud avtobuslardan biri ora yönəldiləcək ki, sərnişinlər yolda qalmasınlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270