NƏQLİYYAT

Azərbaycandan Rusiyaya yeni reyslər açılacaq
20 OKTYABR
1820

Azərbaycandan Rusiyaya yeni reyslər açılacaq

2016-10-20 14:32:00

Rusiya və Azərbaycan 6 yeni müntəzəm sərnişin marşrutu açmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev Bakıda Azərbaycan-Rusiya qarışıq komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, hazırda Rusiya və Azərbaycan arasında sərnişindaşıma üzrə doqquz müntəzəm avtobus marşutu həyata keçirilir.

E.Abdullayev qeyd edib ki, bunlar Bakı-Moskva, Bakı-Nijni Novqorod, Bakı - Sankt-Peterburq, Gəncə-Moskva, Bakı-Stavropol Bakı-Tolyatti, Bakı-Krasnodar, Bakı-Kazan marşrutlarıdır:

"Biz Rusiyanın daha 6 şəhərinə yeni marşrut açmağı nəzərdən keçiririk".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272