NƏQLİYYAT

Dəmiryol Vağzalından aeroporta dəmiryolu çəkiləcək - YENİLİK
26 SENTYABR
474

Dəmiryol Vağzalından aeroporta dəmiryolu çəkiləcək - YENİLİK

2016-09-26 23:03:00

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov: Bunun üçün ilk növbədə hava daşımalarının təhlükəsizliyi məsələsini nəzərə almaq lazımdır.

Bakı Dəmiryolu Vağzalı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında dəmiryolu xətti çəkiləcək. Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamsında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov deyib. “Artıq Bakı Dəmiryolu Vağzalı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını birləşdirəcək dəmiryolu xəttinin tikintisinin ilkin layihəsi artıq hazırdır” — deyə Qurbanov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar aparılıb və “Azərbaycan Hava Yolları” QSC rəhbərliyi ilə razılığa gəlinib: “ Belə ki, burada ilk növbədə hava daşımalarının təhlükəsizliyi məsələsini nəzərə almaq lazımdır” – o, qeyd edib. Qurbanov deyib ki, hazırda mühəndislərimiz bu məsələni araşdırır: "Biz körpü boyunca (avtomobil yolu vasitəsilə) aeroportun aşağı hissəsi istiqamətində çəkiləcək yeni dəmiryol xəttinin tikintisini nəzərdən keçiririk. Bakı Dəmiryolu Vağzalını aeroportla birləşdirəcək bu xəttin uzunluğu 25 kilometr olacaq".

QSC sədrinin sözlərinə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin Minskin "Stadler" zavodundan aldığı yeni elektrik qatarları Bakı-Abşeron-Sumqayıt dairəvi marşrutu üzrə, sonra isə Novxanı-Pirşağı-Zabrat istiqamətində hərəkət edəcək. Elektrik qatarları Bakı Metropoliteninin "Koroğlu" stansiyası ərazisində yerləşən stansiya vasitəsilə yenidən Bakıya qayıdacaq".

O əlavə edib ki, elektrik qatarları yeni marşrut üzrə Bakı Metropoliteninin "Koroğlu" stansiyası ərazisindəki stansiya vasitəsilə Binə qəsəbəsi istiqamətində aeroportadək hərəkət edəcək: "Layihə baxılması üçün hökumətə təqdim edilib və onun reallaşdırılması tamamilə maliyyələşdirmədən asılı olacaq".

Mənbə: Sputnik

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272