NƏQLİYYAT

Bakı Limanında 12 yanalma körpüsü tikiləcək
07 SENTYABR
222

Bakı Limanında 12 yanalma körpüsü tikiləcək

2016-09-07 15:13:00

Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 2 yanalma körpüsü fəaliyyət göstərir və daha iki yanalma körpüsü 2016-cı ilin sonuna kimi istifadəyə veriləcək. Ümumilikdə isə yeni Bakı Limanında 11 yanalma körpüsünün tikintisi nəzərdə tutulur.

Fins.az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 7-də Bakıda Ələt Azad Ticarət Zonasının yaradılması üçün məsləhətçi xidmətlərin göstərilməsinə dair müqavilənin imzalanması mərasimində bildirib.

Nazir qeyd edib ki, yeni Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində müasir tələblərə cavab verən iri logistik mərkəzin yaradılması nəzərdə tutulur. Bu mərkəz regional logistik qovşaq funksiyası yerinə yetirməklə nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına və onların potensialından daha səmərəli istifadəyə imkan yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272