NƏQLİYYAT

Bakı-Gəncəyə qatarla cəmi 3,5 saata - GEDİŞ HAQQI
07 SENTYABR
1169

Bakı-Gəncəyə qatarla cəmi 3,5 saata - GEDİŞ HAQQI

2016-09-07 14:52:00

Gələn ilin sonuna kimi Bakı-Gəncə marşrutu üzrə sürət qatarının istismara verilməsinə çalışacağıq. Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov açıqlayıb.

"Bu istiqamət üzrə qatarların sürətini 400-500 km/saat edə bilmərik, amma hər halda, 140-150 km/saat nail ola bilərik", - deyə o, əlavə edib.

Gediş haqqına gəlincə isə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri deyib ki, bu qatarda tarif təxminən 15 manat təşkil edəcək.

"Sürət qatarında isə sərnişinlər üçün hər cür şərait yaradılacaq. Burada hətta " Wi-Fi" sistemi də qurulacaq. İnsanlar 3,5 saata Gəncəyə qədər rahat gedə biləcəklər", - deyə C. Qurbanov bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271