NƏQLİYYAT

Xəzər Dəniz Gəmiçiliyi elektron bilet satışına başladı
06 SENTYABR
256

Xəzər Dəniz Gəmiçiliyi elektron bilet satışına başladı

2016-09-06 12:57:00

Azərbaycandan keçən beynəlxalq nəqliyyat marşrutlarının cəlbediciliyinin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması istiqamətində ölkə rəhbərliyinin tapşırıqlarına və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının müvafiq qərarlarına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC elektron bilet sifarişi ilə bağlı yeni xidmət təklif edir.

QSC-nin mətbuat xidmətindən bildirilib ki, gəmiçiliyin internet saytında Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomaşınların və sərnişinlərin daşınması üçün “E-Bilet” elektron bilet sifarişi sistemi istifadəyə verilib.

Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanacaq. Beləliklə, yeni sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişli olacaq.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC müasir texnologiyaların tətbiqini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275