NƏQLİYYAT

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq
31 AVQUST
326

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

2016-08-31 12:59:00

Sentyabrın 1-dən 14-dək Bakı şəhərində keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası və FİDE-nin 87-ci Konqresi ilə əlaqədar yarış iştirakçılarının, qonaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə iki həftə ərzində bəzi yollarda nəqliyyatın hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq.

Bunu  DIN-in Bakı Şəhər BPİ DYPİ-nin İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib.

Bölmə rəisi bununla əlaqədar əhaliyə müraciət edib: "Paytaxt sakinləri, sürücülər və avtomobil sahiblərindən xahiş edilir ki, mehmanxanalardan tədbirin açılış və bağlanış mərasiminin olacağı Milli Gimnastika Arenası və yarışların keçiriləcəyi Kristal Zal üzrə nəqliyyatın hərəkət istiqamətinin fasilələrlə dəyişdiriləcəyini nəzərə alsınlar. Keçirilən tədbirin əhəmiyyətini nəzərə alaraq bu ərəfələrdə yollarda sıxlığın yaşanmaması üçün əsasən onlara paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva və Rəsul Rza küçələri, Azadlıq və Neftçilər prospektləri, həmçinin Azneft dairəsi və Dövlət Bayraq Meydanı üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri  tövsiyə olunur". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272