NƏQLİYYAT

“Sovetski”nin yolları bağlandı – AÇIQLAMA
05 AVQUST
260

“Sovetski”nin yolları bağlandı – AÇIQLAMA

2016-08-05 11:50:00

Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun salınması və abadlıq işlərinin aparılması ilə əlaqədar 05.08.2016-cı il tarixindən etibarən Mirzəağa Əliyev, Abdulla Şaiq, Zülfi Adıgözəlov, Mustafa Sübhi, Mirzə Fətəli Axundov və Murtuza Muxtarov küçələrinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Qeyd edilən ərazidə yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Çingiz Mustafayev küçəsində nəqliyyat vasitələrinin hərəkəti Zərgərpalan küçəsindən Nəriman Nərimanov prospekti istiqamətində birtərəfli təşkil edilərək Mirzəağa Əliyev küçəsi vasitəsilə hərəkət edən nəqliyyat vasitələri bu küçəyə yönləndiriləcəkdir. Sürücülərə alternativ yollarla hərəkət etməyi tövsiyyə edirik. Əlavə olaraq qeyd edək ki, Çingiz Mustafayev küçəsində hərəkətin qeyd edilən istiqamətdə təşkil edilməsi məqsədilə ümumilikdə 39 ədəd (18 ədəd “Dayanmaq qadağandır” (3.27), 3 ədəd “Baş yol” (2.1), 4 ədəd “Dayanmadan keçmək qadağandır” (2.5), 6 ədəd “Giriş qadağandır” (3.1), 3 ədəd “Düzünə və ya sola hərəkət” (4.1.5), 2 ədəd “Düzünə hərəkət” (4.1.1), 1 ədəd “Birtərəfli hərəkət” (5.5) və 2 ədəd “Sola hərəkət” (4.1.3)) yol nişanının quraşdırılması nəzərdə tutulub. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova

Bu gündən Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yolların salınması və abadlıq işlərinin aparılması ilə əlaqədar Mirzəağa Əliyev, Abdulla Şaiq, Zülfi Adıgözəlov, Mustafa Sübhi, Mirzə Fətəli Axundov və Murtuza Muxtarov küçələrində maşınların hərəkəti tam məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarovanın fins.az-a verdiyi məlumata görə, həmin ərazidə yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Çingiz Mustafayev küçəsində maşınların hərəkəti Zərgərpalan küçəsindən Nəriman Nərimanov prospekti istiqamətində birtərəfli olacaq.

Mirzəağa Əliyev küçəsi vasitəsilə hərəkət edən maşınlar bu küçəyə yönləndiriləcək. Sürücülərə alternativ yollarla hərəkət etmək tövsiyə olunur.

N.Allahyarova qeyd edib ki, Çingiz Mustafayev küçəsində hərəkətin qeyd edilən istiqamətində təşkil edilməsi məqsədilə ümumilikdə 39 ədəd yol nişanı quraşdırılacaq. Adıçəkilən küçələrdə yolların açılması tikintinin gedişindən asılı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275