NƏQLİYYAT

Bakının əsas prospektlərindən biri təmir olunur
29 İYUN
307

Bakının əsas prospektlərindən biri təmir olunur

2016-06-29 12:37:00

Nizami rayonu Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə təmir-tikinti işləri aparılır.

Təmir işləri prospektin Şirin Mirzəyev küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan 2850 metrlik hissəsində aparılır. Burda 4 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni ortalama 24 metr təşkil edir.

Təmir-tikinti işləri çərçivəsində prospektin Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri (Neftçilər metrostansiyası) arasında yerləşən uzunluğu 750 metr, eni 12 metr, həmçinin Nəsimi küçəsi ilə kəsişmədən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin qarşısından keçən uzunluğu 715 metr, eni 11 metr olan köməkçi yollarında da təmir işləri həyata keçirilir.

Hazırda prospektin əsas yolu boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun hərəkət hissəsi asfaltanması üçün hazır vəziyyətə gətirilir, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunuraraq asfaltlanır, səkilərin və yol ayrıcının kənarlarına yeni səki daşları düzülür. Bundan başqa Rüstəm Rüstəmov küçəsi ilə  kəsişməyədək (Dakar meydanı) olan hissədə 1 metr enində yeni yol ayrıcı da inşa olunur.

Ümumilikdə prospekt boyunca təqribən 15 min paqon-metrə yaxın yeni səki daşının düzülməsi və 90 min m2-dən artıq ərazinin asfaltlanması, Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında olan hissədə yol ayrıcında ikitərəfli, Rüstəm Rüstəmov küçəsindən Babək prospektinə qədər olan hissədə isə hər bir istiqamət üzrə təktərəfli işıqlandırma dirəklərini quraşdırılması nəzərdə tutulub.

 Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun olaraq yüksək keyfiyyətlə aparılır. Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274