NƏQLİYYAT

Azərbaycanın ən təhlükəli yolunda təmir başladı - VİDEO
24 MAY
873

Azərbaycanın ən təhlükəli yolunda təmir başladı - VİDEO

2016-05-24 10:36:00

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində tövsiyyə və tapşırıqlarına əsasən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə boyu kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsinin, daha dəqiqi 14 km-lik “Ağsu dolayları”nın təmiri işlərinə start verilib.

Uzun müddətdir ki, təmir olunmadığından və intensiv hərəkət nəticəsində yolun asfalt-beton örtüyündə qabarmış və dağılmış hissələr yaranıb. Bunu aradan qaldırmaq üçün təmir işləri zamanı asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır. Əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə yolun 80 min m2 –dan çox ərazisinin asfaltlanması nəzərdə tutulub.

Bu işlərə paralel olaraq yol boyu çiyinlərin bərkidilməsi və küvetlərin təmizlənməsi işləri də aparılır.

Təmir işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Təmir işləri səbəbi ilə “Ağsu dolayları” ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb. Sürücülərdən məhdudlaşdırmanın tətbiqi müddəti ərzində alternativ olaraq Muğanlı-İsmayıllı, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi və bu yollara birləşən digər avtomobil yollarından istifadə etməkləri tövsiyyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272