NƏQLİYYAT

Sürücüsüz elektrik avtobusları gəlir
16 MAY
380

Sürücüsüz elektrik avtobusları gəlir

2016-05-16 09:06:00

İsveçin “Ericsson” şirkəti şəhərdə sürücüsüz hərəkət edən dünyanın ilk elektrik avtobuslarını nümayiş etdirib. Fins.az xəbər verir ki, yeni avtobuslar sınaqları aparılan beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulub ki, bu da nəqliyyat vasitəsinin şəhər şəraitində təhlükəsiz hərəkətini təmin edir.

Avtobuslarda real vaxt rejimində birbaşa videoyayımın həyata keçirilməsi üçün kameralar və avtobusun olduğu yer haqqında məlumatlar ötürən modul quraşdırılıb. Elektrik avtobusların idarəetməsi üçün "Ericsson Transport Operation Center” və “Connected Traffic Cloud” həllərindən istifadə olunur.

Bildirilir ki, sürücüsüz nəqliyyatın düzgün fəaliyyəti üçün “5G” şəbəkəsinə ehtiyac duyulur. “Ericsson” və "Telia” mobil rabitə operatoru ilk sınaq beşinci nəsil rabitə şəbəkəsini 2018-ci ildə Stokholm və Tallinn şəhərlərində istifadəyə verməyi planlaşdırır. “5G” kommersiya şəbəkələrinin isə 2020-ci ilədək təşəkkül tapması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272