NƏQLİYYAT

Bakıda nəqliyyat sərgisi işinə başlayıb
11 MAY
255

Bakıda nəqliyyat sərgisi işinə başlayıb

2016-05-11 11:58:00

Bakıda 15-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika ("TransCaspian 2016") və 6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat ("Road & Traffic 2016") sərgiləri işinə başlayıb. 

Fins.az-ın APA-ya istinadən xəbərinə görə, sərginin açılışında çıxış edən nəqliyyat naziri Ziya Məmmədov deyib ki, son illər ərzində Azərbaycanda yol-nəqliyyat infrastrukturu sürətlə inkişaf edib: "Bu sahə yeni bir mərhələyə qədəm qoyub. Yol-nəqliyyat infrastrukturunun inkişafında "İpək yolu" layihəsinin rolu böyükdür. İnkişaf prosesi bu gün də sürətlə gedir. Təbii ki, yeni, müasir texnologiyaların inkişafı olmadan yol-nəqliyyat infrastrukturunun inkişafını təsəvvür etmək mümkün deyil. Açılışını etdiyimiz sərgidə də bu cür texnologiyalar iştirakçılara təqdim olunacaq. Bu cür sərginin ölkəmizdə keçirilməsi olduqca vacibdir. Sərgiyə maraq olduqca böyükdür". 

Nazir qeyd edib ki, sərgidə 75-ə yaxın şirkət iştirak edir ki, onlardan təxminən 40-ı xarici şirkətlərdir. 

Qeyd edək ki, hər iki sərgi 11-13 may tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Bu il özünün 15 illik yubileyini qeyd edən "TransCaspian" sərgisi keçirildiyi illər ərzində regionda nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayişinə, yeni nümayəndəliklərin açılmasına və birgə müəssisələrin təsis olunmasına kömək edən mühüm nəqliyyat forumuna çevrilib. Ənənəvi olaraq, bu sənaye sahəsi üçün "TransCaspian" sərgisi nəqliyyat bazarı haqqında düzgün təsəvvür yaradan ilin əsas hadisəsi sayılır. 15 il ərzində "TransCaspian" sərgisində təxminən 700 şirkət iştirak edib. 

Sərgi ilk gündən etibarən Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. "TransCaspian 2016" sərgisinin təşkilatçıları qismində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edilər. 

Bu il sərgidə nəqliyyat sənayesinin nailiyyətləri, eləcə də yerli və xarici şirkətlərin ən yaxşı texnologiya və avadanlıqları təqdim olunacaq. Yubiley sərginin sektorları arasında hərəkət heyəti və dəmir yolu infrastrukturu, dənizçilik sənayesi, aviasiya, “Kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi sektorları qeyd etmək olar.

"Road&Traffic 2016" sərgisi yol-tunel layihələndirilməsi və inşası, eləcə də yol təhlükəsizliyi və ictimai nəqliyyat üzrə peşəkarları bir arada toplayan regionun aparıcı ixtisaslaşdırılmış tədbiridir. 

Sərgidə iştirak edən xarici və yerli şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi, yol-tikinti avadanlıqları və materialları, yollarda təhlükəsizliyin təmin edilməsi üçün vasitələr, yol işarələmə avadanlıqları, yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri (İİS), avtobuslar və s. üzrə xidmətlər təklif edəcək. 

"Road & Traffic 2016" sərgisi regionun aparıcı yol-tikinti şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşmək üçün ideal şəraiti təmin etməklə yanaşı, təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi, eləcə də perspektiv müqavilələrin imzalanması və ölkənin yol-tikinti bazarına investisiya yatırılmasına imkan yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272