NƏQLİYYAT

Yol polisi reydlərə başlayır
29 APREL
802

Yol polisi reydlərə başlayır

2016-04-29 11:06:00

Bakı şəhər Yol Polisi paytaxtda süni sıxlığın yaranması, yollarda avtomobillərin qanunsuz parklanmasının və piyadaların piyada keçidlərindən istifadə etməməsi hallarının qarşısını almaq məqsədilə reydlərə başlayıb. Bu barədə Dövlət Yol Polisinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Bölmə rəisi deyib ki, reydlər təbliğat məqsəd daşıyır: «Bakı şəhəri ərazisində süni sıxlığın yaranması, dayanma, durma və parklanma tələblərinin pozulmasından yaranır. Ona görə də, metro stansiyalarının çıxışları, keçidlər, avtobus duracaqları ətrafında dayanma-durma tələblərini pozan, avtobus dayanacaqlarını zəbt edən, eləcə də piyada keçidlərindən istifadə etməyənlərlə tədbirlər görüləcək, qaydaları pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274