NƏQLİYYAT

Bakıda bu yollar bağlanır
15 APREL
341

Bakıda bu yollar bağlanır

2016-04-15 16:36:00

Aprelin 15-dən 16-na keçən gecə Neftçilər prospekti Azneft dairəsindən tutmuş Dənizkənarı bulvar boyu Azadlıq meydanı da daxil olmaqla Yusif Səfərov küçəsi ilə kəsişməsinədək hissəsi hər iki istiqamətdə və onunla bütün digər yolların kəsişmələrində bütün nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin szlərinə görə, bağlanacaq yol kəsişmələri dedikdə Neftçilər prospektinin Əziz Əliyev, Puşkin, Zorge, K.Səfərəliyeva küçələri, eləcə də Bülbül və Azadlıq prospekti ilə kəsişmələri nəzərdə tutulur.

V.Əsədov nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan alternativ yolların adlarına və hərəkət qrafikina aydınlıq gətirib: "Sürücülərin alternativ yol kimi şəhərə doğru istiqamətdə Azneft dairəsindən sola Niyazi küçəsi ilə Mehdi Hüseyn və İstiqlaliyyət, Azərbaycan küçələri ilə hərəkət etmələri nəzərdə tutulur. Eyni zamanda, Neftçilər prospekti ilə Azneft dairəsi istiqamətində getmək istəyənlər isə R.Behbudov, Füzuli küçələri, Beşmərtəbə dairəsi, Mirzağa Əliyev, Zərgərpalan, Lermontov və digər küçələri ilə hərəkət edə bilərlər".

Yol polisinin sözçüsü sürücülərə müvəqqəti çətinliyin öhdəsindən daha asan gəlməyin yollarını açıqlayıb: "Ümumiyyətlə, qısa müddətdə Neftçilər prospektinin Azneft dairəsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinədək hissəsində avtomobillərin hərəkətinə tam məhudiyyət qoyulduğundan həmin istiqamətdə nəqliyyatın sıxlığı və tıxacların yaranması ehtimalı var. Ona görə də şəhərin cənub tərəfindən gələnlərə alternativ yol kimi artıq əvvəlcədən Bayıl qəsəbəsindən, 20-ci Sahə dairəsindən və yaxud Bakı-Ələt yolunun 14-cü km-dən istiqamətlərini dəyişmələri tövsiyə olunur. Eləcə də digər tərəfdən gələn sürücülər Y.Səfərov küçəsinin 28 May küçəsi ilə kəsişməsindən, Üzeyir Hacıbəyov küçəsinin Rəşid Behbudov kəsişməsindən, H.Əliyev prospektinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən və H.Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindən istənilən istiqamət üzrə hərəkət edə bilərlər".

Mənbə: Milli.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275